İngiltərə

Ferdinand onun müdafiəsinə qalxdı: İki həftə əvvəl vəziyyət necə idi?

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand komandasının baş məşqçisi Maykl Kerrikin müdafiə edib.

Aut.az xəbər verir ki, Kerrik komandanın sükanı arxasında keçirdiyi iki oyunda “Mançester Siti”ni (2:0) və “Arsenal”ı (3:2) məğlub edib.

“Mənə deyirlər ki, Maykl Kerrik nə edirsə etsin, ona “Mançester Yunayted”i idarə etmək şansı verilməməlidir. Baxmayaraq ki, iki həftə əvvəl vəziyyət çox pis idi. Komanda ələ salınırıdı.

Kerrik gəldi və dedi: “Gəlin uşaqlar, sahib olduğumuz oyunçulara uyğun bir quruluş yaradacağıq. Bizə qarşı oynamaq çətin olacaq. Çox çalışacağıq. Yeri gəlmişkən, ilk iki oyunum “Mançester Siti” və “Arsenal”a qarşı olacaq”.

Və o, altı xal topladı!

Və mənə deyirlər ki, Kerrik nə edirsə etsin, ona “Mançester Yunayted”i idarə etmək şansı verilməməlidir. Bu nə yanaşmadır? Bu, inanılmaz dərəcədə hörmətsizlikdir. “Bu adam nə etsə də, “Mançester Yunayted”in rəhbərliyinə layiq deyil” iddiasını nəyə əsaslanaraq deyirsən? Bu dəlilikdir”, – deyə Rio Ferdinand “Rio Reacts” podkastında bildirib.

Aut.az