İngiltərə

“Kardiff” “Nant”dan 120 milyon tələb edir: O futbolçu ölməsəydi…

“Kardiff” 2019-cu ildə Premyer Liqanı tərk etdiyi üçün “Nant”dan təzminat almaq niyyətindədir.

Aut.az xəbər verir ki, “L’Equipe” nəşrinin məlumatına görə,  uelslilər Fransa klubuna 120,2 milyon avro ödəmə tələbi təqdim edəcək. Onlar müvafiq sənədləri bazar ertəsi Nant Ticarət Məhkəməsinə təqdim edəcəklər.

Proses “Kardiff”in “Nant”dan aldığı və 21 yanvar 2019-cu ildə Böyük Britaniyaya gedərkən ölən forvard Emiliano Salanın ölümü ilə bağlıdır .

Uels klubu, argentinalının onlarda oynayacağı təqdirdə Premyer Liqada qalma şanslarının 54,2% olduğunu göstərən araşdırmanın nəticəsinə əsaslanırlar. Buna əsaslanaraq, “Kardiff” dəymiş ziyanın məbləğini hesablayıb və “Nant”dan pul almaq niyyətindədir.

Aut.az