İngiltərə

Sevgilinizlə saat dördə qədər rəqs etmək istəyirsiniz? – Pep söz atdı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola məşqlərin əhəmiyyətindən danışıb.

“Mən həmişə deyirəm: biz oyuna yaxşı hazırlaşmaq üçün məşq edirik. Mən çox yaxşı məşq edən və sonra pis duruma düşən oyunçular görmüşəm. Yaxşı yeyirik, yaxşı işləyirik, sonra isə matç vaxtı çatır.

Sevgilinizlə saat dördə qədər rəqs etmək istəyirsiniz? Bu yaxşıdır. Ancaq səhər məşqinə gəlməlisən axı. Məgər istedadlı futbolçular məşq etmirlər? Xeyr, bu, belə olmur”, – Qvardiola deyib.

Aut.az