Levandovski İngiltərə nəhənginə “hə” deyib?
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim “Barselona”nın 37 yaşlı polşalı hücumçusu Robert Levandovskini növbəti yay transfer pəncərəsində heyətinə qatmaqda maraqlıdır.
Aut.az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.
“Qırmızı şeytanlar” artıq bu keçidin reallaşa biləcəyinə inanır və futbolçunun özü də “bəli” cavabını verib. Gələn yay Levandovski azad agent statusu qazanacaq.
Bu mövsüm polşalı forvard klub səviyyəsində bütün turnirlərdə 7 oyunda meydana çıxıb, 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
