İngiltərə

Ferqyusonun rekordunu qıran Qvardiola bu jesti edəcək

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqada 250 qələbəyə ən sürətli çatan mütəxəssis olması barədə xəbərə münasibət bildirib.

Aut.az xəbər verir ki, “Mançester Siti” 7-ci turda “Brentford”u (1:0) məğlub edib. Bu, Qvardiolanın Premyer Liqada 349-cu oyunu olub. İspan mütəxəssis bununla da “Mançester Yunayted”in əfsanəvi keçmiş çalışdırıcısı Aleks Ferqyusonun rekordunu yeniləyib. Ferqyusona 250 qələbə üçün 404 oyun lazım olmuşdu. Siyahıda daha sonra Arsen Venger (423 oyun) gəlir.

“Mənim üçün Aleks Ferqyuson və Arsen Vengerin yanında olmaq böyük şərəfdir. Onları yaxşı bir şam yeməyinə dəvət edəcəyəm. Premyer Liqa tarixinin bir hissəsi olmaq xoşdur. Çox xoşdur. İndi gəlin, daha 250 qələbə qazanaq!”

Aut.az