Cerrard Salah barədə danışdı: Özüm də eyni vəziyyəti yaşamışam
“Liverpul”un əfsanəvi kapitanı Stiven Cerrard “qırmızılar”ın hücumçusu Məhəmməd Salah ətrafında yaranan vəziyyətlə bağlı fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, o, baş məşqçi Arne Slot ilə konflikt yaşayan misirli vingerə həm dəstək olub, həm də açıqlamalarına diqqət yetirməsini tövsiyə edib:
“O, açıq-aşkar oynamadığı üçün məyusdur. Mən bunu başa düşürəm və ona hörmət edirəm. Salah ehtiyat skamyasında oturacaq tip deyil. Amma onun “aldadıldığını” deməsi düzgün deyil. Belə məsələlər məşqçi ilə müzakirə olunmalıdır. Vurğulamaq lazımdır ki, Vircil van Deyk də mövzuya qarışmalıdır. Mən “Liverpul”un kapitanı olarkən bu kimi məsələləri yalnız klub və komanda üçün deyil, azarkeşlər üçün həll edirdim. Mən bunu əvvəllər görmüşdüm və özüm də eyni vəziyyəti yaşamışdım. Mən bunu Suarez ilə də görmüşdüm, o, Brendan Rodcers ilə üzbəüz gəlmişdi.
Hər birimiz başımızı itirmişdik. Bəlkə də hər şey sakitləşdikdə Salah başa düşəcək ki, bir az emosiyalı davrandı. Amma “Liverpul” üçün vacibdir ki, Salah oynasın və qol vursun, çünki o, top oyunçudur, top bombardirdir. Əgər vəziyyət inkişaf etsə, yaxşı heç nə olmayacaq”.
