Azərbaycan futboluÇempionlar Liqası

“Qarabağ” “Ayaks”a məğlub oldu

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyununa çıxıb.

Aut.az xəbər verir ki, təmsilçimiz ÇL-in Liqa mərhələsinin 6-cı turu çərçivəsində “Ayaks”la qarşılaşıb.

Azərbaycan və Niderland nəhənglərinin görüşü Bakıda baş tutub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunu Sloveniyadan olan FIFA referisi Rade Obrenoviç idarə edib. Altı qolun qeydə alındığı oyunda Amsterdam təmsilçisi əzmkar qələbəyə sevinib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 6-cı tur
10 dekabr

21:45. “Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland) 2:4

Qollar: Kamilo Duran, 10. Mateus Silva, 47 – Kasper Dolberq, 39. Oskar Qlux, 79; 90. Anton Qaey, 83.

Hakimlər: Rade Obrenoviç,  Yure Praprotnik, Qreqa Kordej, Mateo Tozan.
VAR: Matey Yuq, Alen Boroşak (hakimlər briqadası Sloveniyadandır).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 11. Emmanuel Addai, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 3. Sami Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 9. Xoni Montiel, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Ayaks: 1. Viteslav Yaroş, 2. Lukas Roşa, 3. Anton Qaey, 4. Ko İtakura, 7. Raul Moro, 9. Kasper Dolberq, 10. Oskar Qloux, 15. Yuri Baas (k), 30. Aaron Bauman, 24. Yorti Mokio, 48. Sean Steur.
Ehtiyat oyunçular: 12. Yoeri Herkens, 22. Remko Pasveer, 5. Ouen Veyndal, 6. Yuri Reger, 11. Mika Qodts, 17. Oliver Edvardsen, 18. Davi Klaassen, 19. Don Konadu, 21. Van den Bomen, 28. Kian Fits-Jim, 43. Rayan Bunida, 53. Van de Lans.
Baş məşqçi: Fred Qrim.