Baş məşqçi ÇL-də dubl edən futbolçunu tənqid etdi
“Marsel”in baş məşqçisi Roberto De Dzerbi futbolçusu Meyson Qrinvudun Belçikanın “Yunion Sen-Jilyuaz” komandası ilə Çempionlar Liqası matçında iki qol vurmasından sonra onu tənqid edib.
Aut.az xəbər verir ki, o, Qrinvudun öyrənməli çox şeyi olduğunu bildirib:
“Bəli, mən onu Avropanın ən yaxşı hücumçularından biri hesab edirəm. Amma hətta o da, hesab 3:1 olarkən, topa nəzarət etməyi, hadisələri tələsdirməməyi və topu itirməməyi öyrənməlidir. Bu, əsassız tələb deyil və o demək deyil ki, biz Qrinvuddan narazıyıq.
O, əla oyunçudur, amma belə məqamlarda, mənim fikrimcə, topu bir az daha uzun saxlamaq, bizə bir az nəfəs almağa imkan vermək, müdafiədə daha ardıcıl olmaq, ən azından mövqeyini qorumaq üçün də çalışmalıdır”.
Bu mövsümdə 23 yaşlı ingilis oyunçu “Marsel” üçün 20 matçda 13 qol vurub və 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Yunion Sen-Jilyuaz” – “Marsel” matçı 2:3 hesabı ilə fransızların xeyrinə bitib. Meyson Qrinvud 41-ci və 58-ci dəqiqələrdə dubl edib.
Xatırladaq ki, 2022-ci ildə Qrinvud zorakılıq və cinayət ittihamları səbəbindən futboldan kənarlaşdırılmışdı. 23 yaşlı ingilis oyunçu bütün ittihamları inkar edib və sonradan Krallıq Prokurorluğu tərəfindən günahsız olduğu açıqlanıb.
Aut.az
