İngiltərə

Diallonun paylaşdığı bu FOTO fanatları qəzəbləndirdi – SİLDİ  

“Mançester Yunayted”in hücumçusu Amad Diallo İngiltərə Premyer Liqasının 5-ci turunun “Çelsi” ilə oyunundan (2:1) sonra yayımladığı foto ilə komandasının azarkeşlərini qəzəbləndirib.

Aut.az xəbər verir ki, oyundan sonra Diallo londonluların hücumçusu Alexandro Qarnaço ilə formaları dəyişib və sosial şəbəkədəki səhifəsində onunla fotosunu yerləşdirib.

Qarnaço keçən yay “mavilər”ə transfer olunmazdan əvvəl “Mançester Yunayted”də oynadığı üçün “qırmızı şeytanlar”ın bəzi azarkeşləri bu fotoya qəzəblənib.

İki komandanın qarşılaşması zamanı stadionda argentinalı futbolçunun ünvanına təhqirlər səslənib. İzləyicilərin bu reaksiyasının Diallonu bütün sosial media paylaşımlarını silməyə sövq etdiyi bildirilir.

Aut.az

Diallonun paylaşdığı bu FOTO fanatları qəzəbləndirdi – SİLDİ