İngiltərə

Moskvaya getmədiyim üçün sevinirəm – “Çelsi”nin əfsanəsindən etiraf

İngiltərə millisinin və “Çelsi”nin keçmiş yarımmüdafiəçisi Co Koul Rusiya klubuna uğursuz keçidi ilə bağlı xatirələrini bölüşüb.

Aut.az xəbər verir ki, 2003-cü ildə o, az qala Moskvanın CSKA klubuna icarəyə göndəriləcəkdi.

“FourFourTwo” saytı Kolun sözlərini sitat gətirib: “Müqaviləni imzalayan kimi məni CSKA-ya icarəyə vermək istədilər. Atam bu fikirlə razılaşmayıb və mənə də bu barədə heç nə deməyib.

Sonda həmin mövsüm 50 oyun keçirdim. Moskvaya getmədiyim üçün çox şadam”.

Koul yeddi il “Çelsi”də oynayıb. O, həmçinin “Liverpul”, “Aston Villa” və bir neçə başqa klubda da oynayıb və 2018-ci ildə təqaüdə çıxıb. Daha sonra məşqçilikdə özünü sınayıb və Britaniya televiziyasında ekspert kimi çalışıb.

Aut.az