İngiltərə

Şirer deyir ki, Premyer Liqada çempion bu komanda olacaq: “Siti” deyil

“Nyukasl Yunayted”in və İngiltərə yığmasının sabiq hücumçusu Alan Şirer İngiltərə Premyer Liqasında qarşıdan gələn mövsümlə bağlı proqnoz verib.

Aut.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Şirer “Arsenal”ın “Mançester Siti”nin qələbə seriyasını qıraraq, Premyer Liqa çempionu olacağına inanır. “Şəhərlilər” ikinci yeri tutacaqlar. Keçmiş futbolçu “Liverpul”u üçüncü pillədə qərarlaşdırıb. Şirerin doğma klubu “Nyukasl” isə onun fikrincə, dördüncü olacaq.

Keçmiş hücumçu həmçinin “Mançester Yunayted”, “Tottenhem” və “Aston Villa”nı da beş-yeddinci pillələrdə qərarlaşdırıb.

Şirer “Vest Hem Yunayted”i səkkizinci, “Çelsi”ni isə doqquzuncu yerdə görür. İlk onluğu Londonun “Fulhem” klubu tamamlayıb. Alan Şirer “İpsviç”, “Sauthempton” və “Lester”i aşağı liqaya düşməyə namizədlər hesab edir.

Premyer Liqada yeni mövsümə bu gün, avqustun 16-da start verilir. “Mançester Yunayted” – “Fulhem” matçı Mançesterdəki “Old Trafford” stadionunda baş tutacaq. Hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Aut.az