“Siti”ni daha bir əfsanə tərk edir: Hara gedir?
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva Yaxın Şərq klubları ilə danışıqlar aparır.
Aut.az xəbər verir ki, yarımmüdafiəçi cari mövsüm başa çatdıqdan sonra İngiltərəni tərk edə bilər.
Xatırladaq ki, “Əl-Hilal” 2023-cü ildə oyunçuya həftəlik 500.000 funt-sterlinq dəyərində müqavilə təklif etmişdi. Ola bilsin ki, çempionlar yenidən Silvanı imzalamağa çalışsınlar, lakin təklif o qədər də səxavətli olmayacaq.
“TalkSPORT” xəbər verir ki, Bernardo üçün ən çox ehtimal olunan variantlar “Əl Əhli” və “Əl Qadisiya”dır.
Xatırladaq ki, cari mövsüm Silvanın “Mançester Siti” ilə 9-cu mövsümüdür. Onun müqaviləsi 2026-cı ilin yayında başa çatır.
Aut.az
