Yay bazarlığı üçün bu qədər pul ayırdılar
“Mançester Yunayted” rəhbərliyinin yay transfer pəncərəsi üçün kluba nə qədər vəsait ayıracağı məlum olub.
Aut.az xəbər verir ki, ingilis klubunun məşqçilər korpusu yay transferləri üçün 100-150 milyon funt-sterlinq alacaq. Bu barədə ESPN məlumat yayıb.
Bu məbləğ oyunçu satışı sayəsində arta da bilər. “Mançester Yunayted” rəsmiləri hesab edir ki, qarşıdakı transfer pəncərəsində əsas mövqelər üçün iki və ya üç yeni oyunçu almaq kifayət edəcək.
Aut.az
