Belə etiraz etdilər: Jurnalistləri mətbuat konfransına buraxmadılar
“Mançester Yunayted” bəzi media nümayəndərinin komandanın baş məşqçisi Erik ten Haqın mətbuat konfransında iştirak etməsinə qadağa qoyub.
Aut.az xəbər verir ki, hadisə Premyer Liqanın 15-ci turunun “Çelsi” ilə oyunundan əvvəl baş verib. Bu barədə “Daily Star” məlumat verib..
Qadağa bəzi oyunçuların Erik ten Haqa inamının itirməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirmək üçün klubla əlaqə saxlamaması ilə əlaqədardır.
Qeyd edək ki, mətbuat mütəxəssisin komandanın 50 faizinin etibarını itirdiyini yazıb.
