Bu göstəricidə yalnız 2 əfsanədən geri qalır
“Arsenal” Premyer Liqanın 2-ci turunun matçında səfərdə “Aston Villa”ya qalib gəlib – 2:0.
Aut.az xəbər verir ki, “topçular”ın vingeri Bukayo Saka üçün bu qələbə onun Premyer Liqada 100-cü olub. Futbolçu bu uğura 22 yaş 354 günlüyündə nail olub.
“Opta”nın məlumatına görə, Premyer Liqa tarixində yalnız iki oyunçu daha gənc yaşda 100-qələbə həddinə çatıb. Söhbət futbolçu karyeralarını başa vuran əfsanələr – Sesk Fabreqas (22 yaş 180 gün) və Ueyn Runidən (22 yaş 87 gün) gedir.
Aut.az
