İngiltərə

Beziblər: Prezidentə qarşı etiraz – VİDEO/FOTO

“Tottenhem” azarkeşləri İngiltərə Premyer Liqasının 25-ci turunda “Mançester Yunayted”lə matçdan (1:0) əvvəl və oyun zamanı klub rəhbərliyindən narazılıqlarını bildiriblər.

Autaz xəbər verir ki, fanatlar səmərəsiz işinə görə klubun prezidenti Daniel Leviyə qarşı etiraz aksiyası keçiriblər. Levinin rəhbərlik etdiyi 24 il ərzində komanda yalnız bir titul qazana bilib. Klub bir dəfə də Çempionlar Liqasının finalında çıxış edib.

Azarkeşlərin pankartlarından birində “24 il, 16 məşqçi, 1 kubok, dəyişiklik vaxtı”, – deyə yazılıb. Başqa bir fanatın hazırladğı bannerdə deyilir: “Oyunumuz şöhrətdir, Levinin oyunu isə xəsislikdir”.

Beziblər: Prezidentə qarşı etiraz - VİDEO/FOTO

Beziblər: Prezidentə qarşı etiraz - VİDEO/FOTO