İngiltərə

Tarixin ən uğursuz startı

“Vulverhempton” İngiltərə Premyer Liqasının 4-cü turunda “Nyukasl”a 0:1 hesabı ilə uduzub və ardıcıl dördüncü məğlubiyyətini alıb.

Aut.az xəbər verir ki, Vitor Pereyranın komandası xal toplaya bilmədiyi üçün turnir cədvəlinin son pilləsində qərarlaşıb.

“Opta”nın məlumatına görə, bu nəticə klubun İngiltərə çempionatındakı ən zəif startı kimi tarixə düşüb. “Vulverhempton” hazırda İngiltərə futbol liqasında 127-ci mövsümünü keçirir.

Premyer Liqanın 5-ci turunda “Vulverhempton” doğma meydanda “Lids”lə qarşılaşacaq. Görüş 20 sentyabr, şənbə günü baş tutacaq.

Aut.az