İngiltərə

Belə bir futbolçuya ehtiyacı var

“Tottenhem”in baş məşqçisi Anqelos Postekoqlou qış transfer pəncərəsində hansı mövqedə futbolçuya ehtiyacı olduğunu açıqlayıb.

Aut.az xəbər verir ki, Anqelos mərkəz müdafiəçisi mövqeyində futbolçuya ehtiyacı olduğunu bildirib.

“Sol və ya sağ ayaqlı müdafiəçinin fərqi yoxdur. İlk növbədə düzgün oyunçu olmalıdır. Bizə heyətdə dərinliyi və rotasiya qabiliyyətini təmin edə bilən oyunçu lazımdır”, – jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) Postekoqludan sitat gətirib.

Hazırda “Tottenhem” İngiltərə çempionatının turnir cədvəlində dördüncü yerdədir. Komanda 18 turdan sonra 36 xal toplayıb.

Aut.az