Kərimi hədəf aldılar: “İnstaqram”ı bağladı
Dekabrın 26-da Səudiyyə Ərəbistanı çempionatının 17-ci turunda “Əl-İttihad” “Əl-Nəsr”lə qarşılaşıb.
Aut.az xəbər verir ki, oyun qonaq komandanın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
14-cü dəqiqədə “Əl İttihad” matçda hesabı açaraq azarkeşlərə qələbə ümidi verib – Həmdallah Kərim Benzemanın ötürməsindən fərqlənib. Lakin daha sonra “Əl-Nəsr” sadəcə olaraq rəqibi darmadağın edib.
Kərim Benzema matçdan sonra azarkeşlərin böyük tənqid dlğası ilə üzləşib. Sosial şəbəkə istifadəçiləri hesab edir ki, fransalının maaşının çoxluğu nəzərə alınsa, kifayət qədər yaxşı oynamır. Tənqidlərə dözə bilməyən Kərim “İnstaqram” hesabını deaktiv edib.
Aut.az
