“Qarabağ”ın rəqibi darmadağın oldu
“Qarabağ”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Vestri” İslandiya I Liqasında növbəti oyuna çıxıb.
Aut.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Fylkir”lə qarşılaşıb 7 qolun vurulduğu matç “Vestri”nin məğlubiyyəti ilə başa çatıb – 2:5.
“Vestri” liqada 14 turdan sonra 21 xalla beşincidir.
“Qarabağ” ilk oyunda islandlara 3:0 hesabıyla qalib gəlib. Cavab görüşü iyulun 16-da keçiriləcək.
