Çempionlar Liqasıİngiltərə

Biz niderlandlılar penaltidə necə məğlub olmağı bilirik – Slottdan reaksiya

“Liverpul”un baş məşqçisi Arne Slot komandasının Çempionlar Liqasında PSJ-yə penalti seriyasında məğlub olmasını şərh edib.

“Bu, indiyə qədər iştirak etdiyim ən yaxşı futbol matçı idi. Xüsusilə keçən həftə ilə müqayisədə əla oyun idi. Şanslar yaratdıq, sonra qəfil qol buraxdıq. Keçən həftədən fərqli olaraq bəxtimiz tükəndi.

Hiss olunurdu ki, 0:1-dən çoxuna layiq idik. Qol vurmaq istisna olmaqla, mükəmməl oyun keçirdik.

Hər şey penaltilərə qaldı. Və biz niderlandlılar penalti seriyasında necə uduzmağı bilirik.

İndi hamı məyusdur. Amma mən bu futbolçuları tanıyıram, onlar möhkəmdirlər.

Bu oyunda istədiyiniz hər şey var idi. Ən azı 90 dəqiqədən sonra heç-heçəyə ümid edə bilərdik”, – niderlandlı mütəxəssis deyib.

Aut.az