“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo klubu Çinə səfərini təxirə salmaq məcburiyyətində qaldıqdan sonra çinli azarkeşlərdən üzr istəyib.
Aut.az xəbər veririk, səfərin təxirə salınmasına səbəb portuqaliyalının zədələnməsi olub.
“Bildiyiniz kimi, futbolda bəzi şeyləri idarə etmək olmur. 22 ildir futbol oynayıram və çox zədə almayan futbolçuyam. Mən çox kədərlənirəm, çünki “Əl-Nəsr”lə Çinə turdan həzz almaq üçün gedirdik.
Mən 2003/2004-cü ildən Çinə gəlirəm, ona görə də burada özümü evdəki kimi hiss edirəm – bu, mənim ikinci vətənimdir. Burada özümü həmişə xüsusi hiss edirəm. Əsəbiyəm, bilirəm ki siz də kədərlisiniz, üsusən də məni sevənlər, amma yaxşı tərəfdən baxmalıyıq.
Matç ləğv edilməyib, biz ora gəlmək istəyirik. Təəssüf ki, bəzi problemlərim var, amma bu, futbolun və həyatın bir hissəsidir. Mən buradayam, azarkeşlərin yanındayam, Çin xalqının yanındayam və biz burada oynamağa davam edəcəyik. Çin xalqını sevindirmək üçün geri dönəcəyik, mənim məqsədim budur. Mən sizin üçün oynamaq istəyirəm. Kədərlənməyin, çünki mən də kədərlənirəm və ümid edirəm ki, düşdüyümüz durumu başa düşəcəksiniz”, – Ronaldo deyib.
Tur çərçivəsində “Əl-Nəsr”in “Şanxay Şenxua” və “Zhejiang” klubları ilə qarşılaşması nəzərdə tutulmuşdu.
Aut.az