İtaliya

“İnter” bunu bacaran ikinci komanda oldu

İtaliya A Seriyasının 36-cı turunun matçında “İnter” səfərdə “Frozinone”ni darmadağın edib – 5:0.

Aut.az xəbər verir ki, bu uğur Milan təmsilçisi çempionat tarixində (1929/30 mövsümündən) 4600 xala çatmağa imkan verib. Bu barədə “Opta” məlumat yayıb. 

“İnter” A Seriyasında 4600 xal toplayan ikinci İtaliya klubu olub. “Yuventus” daha əvvəl bu nəticəyə nail olub.

Aut.az