Konfrans Liqası

Afina təhlükəsizliyə təminat vermir: Final bu ölkədə keçirilə bilər

Konfrans Liqasının finalı Macarıstanda keçirilə bilər.

Aut.az xəbər verir ki, bu barədə NS-INFO məlumat yayıb.

Turnirin həlledici oyununun Afinadakı “Aya-Sofiya”  stadionunda keçirilməsi planlaşdırılır. Mənbənin sözlərinə görə, yerli hüquq-mühafizə orqanları Yunanıstanda qeyri-sabit siyasi vəziyyətə görə azarkeşlərin təhlükəsizliyinə təminat verə bilmir.

Bu səbəbdən avrokubokların finalı Budapeştdə, “Puşkas Arena”da keçirilə bilər.

Konfrans Liqasının finalı “Olimpiakos” – “Fiorentina” matçı mayın 29-u Bakı vaxtı ilə saat 23:00-a təyin edilib.

Aut.az