Bu komanda “Real” üçün çempionluq dəhlizi açacaq
“Qranada”nın futbolçuları “Real”a çempionluq dəhlizi təşkil edəcək.
Aut.az xəbər verir ki, bu barədə “Qranada”nın baş məşqçisi Xose Ramon Sandoval məlumat verib.
“Biz öz məqsədlərinə çatanlara hörmət edən peşəkarlarıq. “Real” çempion kimi koridor və alqışlarımıza layiqdir. Ancaq mərasim bitdikdən sonra, onları döyüşməyə məcbur edəcək rəqiblə qarşılaşacaqlar. Bu oyunda oyunçularımdan istədiyim budur”, – Sandovalın sözlərini “Mundo Deportivo” sitat gətirib.
La Liqanın 35-ci turunun “Qranada” – “Real” oyunu mayın 11-də keçiriləcək.
Aut.az
