“Real”ın ulduz futbolçu ilə bağlı planları dəyişdi
“Real” klubunun mərkəz müdafiəçisi Antonio Rudiger komandada qala bilər.
Aut.az xəbər verir ki,”Defensa Central” nəşrinin məlumatına görə, Madrid təmsilçisi alman müdafiəçi ilə müqaviləni uzatmağı nəzərdən keçirir. Hesab olunur ki, onun təcrübəsi, xüsusilə komandada çoxlu gənc və perspektivli futbolçuların olduğu bir vaxtda, soyunub-geyinmə otağında çox faydalı ola bilər.
Antonio Rüdiger 2022-ci ildən “Real”da çıxış edir. O, cari mövsümdə Madrid təmsilçisinin heyətində 11 oyunda meydana çıxıb.
Daha əvvəl “kral klubu”nun müqaviləsi mövsümün sonunda başa çatacaq 32 yaşlı futbolçu ilə yolları ayırmağa meylli olduğu bildirilirdi.
