Sabiq “barsa”lının intiqam planı: Klubu alacaq və rəhbərliyi…
“Barselona”nın keçmiş hücumçusu Martin Breytveyt “Espanyol”u almaq niyyətindədir.
Aut.az xəbər verir ki, bu iddia ilə “Marca” nəşri çıxış edib.
Breytvett “Espanyol”un 2023-cü ildə yeni müqavilə təklif etməməsinin klub rəhbərliyinin ona qarşı hörmətsizliyi kimi qəbul edir. Geyim brendi, daşınmaz əmlak şirkəti və restoran sahibi olan Martin intiqam olaraq “Espanyol”un səhmlərinin nəzarət paketini almağı və indiki rəhbərliyi işdən çıxarmağı planlaşdırır.
“Forbes” jurnalı Danimarka millisinin sabiq üzvünün ümumi sərvətinin 250 milyon dollardan çox olduğunu iddia edir.
Qeyd edək ki, ötən ay 33 yaşlı danimarkalı Kataloniya klubundan ayrılaraq azad agent kimi “Qremio” ilə müqavilə imzalayıb.
Aut.az
