İnyestanın vida matçında “Barselona” “Real”a qalib gəldi – VİDEO
Tokioda ispaniyalı futbolçu Andres İnyestanın şərəfinə “Barselona” və “Real”ın əfsanələri arasında görüş keçirilib.
Aut.az xəbər verir ki, “El Klasiko” Kataloniya komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
31-ci dəqiqədə Xavyer Saviola “Barsa”nı hesabda önə keçirib. 78-ci dəqiqədə Xavyer Balboa penaltini qola çevirərək bərabərliyi təmin edib. Əsas vaxtda əlavə edilmiş dəqiqələrdə isə Fernando Sanz topu öz qapısına göndərək “Barselona”nın qələbəsində “pay sahibi” olub.
İnyestanın vida matçında Xavi, Qayzka Mendieta, Rivaldo, İker Kasilyas, Roberto Karlos, Fabio Kannavaro, Stiv MakManaman və başqaları iştirak edib.
Qeyd edək ki, görüşdən əvvəl “Barselona”nın əfsanəsi hesab edilən İnyestaya üzərində adı və “6 nömrə” əks edilən “Real”ın forması hədiyyə edilib.
Aut.az
