İngiltərə

“Yunayted”in Reşford problemi: Buna görə sata bilmir

“Mançester Yunayted” yetriməsi Markus Reşfordu satmağa hazırdır, lakin digər klublar 27 yaşlı hücumçunun yüksək maaşı səbəbindən ona aktiv maraq göstərmirlər.

Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Mənbənin məlumatına görə, Reşford “qırmızı şeytanlar”da həftədə 325 min funt-sterlinq qazanır. Bundan əlavə, “Mançester Yunayted” ingilis futbolçunun meydandan kənarda yaşam tərzindən narahatdır.

Reşforda yaxın bir mənbə deyib: “Markus əla oğlan və oyunçudur, lakin o, hazırda itib”.

Aut.az