Laporta “Real”a “ilişdi” – Onlarda güc, bizdə azadlıq hissi var
“Barselona”nın prezidenti Joan Laporta əzəli rəqibi “Real”a “ilişib”.
Aut.az xəbər verir ki, Laporta klubların strategiyalarının fərqli olduğunu bildirib.
“Barca Universal” Laportadan sitat gətirib: “Real” güc hissi. bizdə azadlıq hissi var. Onlar oyunçuları almağa üstünlük verirlər və bizdə La Masiadan daha çox oyunçu var”.
2024/25 mövsümündə “Barselona” İspaniya çempionu olub, ölkə kubokunu və Superkubokunu qazanıb, “Real” isə La Liqanı ikinci yerdə başa vurub.
Aut.az
