Digər

Azərbaycan millisi dünya çempionu oldu

Paracüdo üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının komanda yarışlarında qızıl medal qazanıb.

Aut.az xəbər verir ki, yığma komanda finalda Türkiyə millisi ilə qarşılaşıb.

Rəqibinə 4:2 hesabı ilə qalib gələn Azərbaycan paracüdoçuları fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.