Dünya futbolu

Özünü dünyanın ən məşhur adamı hesab edir: Trampdan da populyaram

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo ABŞ prezident Donald Trampla görüşmək istədiyini etiraf edib.

Aut.az xəbər verir ki, Ronaldo bu barədə Pris Morqana  müsahibəsində deyib.

 – Kimin daha məşhur olması ilə bağlı mübahisə edə bilərsiniz, Ronaldo, yoxsa Tramp? Nə düşünürsən?

– Mən.

 -Sosial mediada ən çox izləyiciniz olduğuna görə?

– Düşünürəm ki, bütün dünyanı götürsək, hətta kiçik İslandiyada belə, mən ondan daha məşhuram. Məncə, bütün dünyanın ən məşhur insanıyam.

– Mən deyərdim ki, ikiniz də hazırda ən məşhur insanlarsınız. Bu, maraqlı debat olardı.

– Onda olsun!

Aut.az