Azərbaycan futbolu

Azərbaycan millisi ilk oyunda Qazaxıstan yığmasına qalib gəldi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Moldovada təşkil edilən yoldaşlıq turnirində bu gün ilk oyununu keçirib.

Aut.az xəbər verir ki, U-19 Qazaxıstanın müvafiq yaş qrupu üzrə komandası ilə qarşılaşıb.

Bender şəhərinin “Dinamo” stadionunda baş tutan görüş millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 27-ci dəqiqədə Nihad Əhmədzadə, 87-ci dəqiqədə isə Şahin İbrahimov vurublar.

Qeyd edək ki, Azərbaycan milli komandası turnir çərçivəsində iyunun 7-də, Bakı vaxtı ilə saat 18:00-da Türkiyənin U-20, ayın 10-da isə saat 20:30-da Moldovanın U-19 kollektivi ilə qarşılaşacaq.