Voleybol

Olimpiya çempionu karyerasını bitirir

Yaponiyanın “Suntoiy Sanberdz” klubunun voleybolçusu, 37 yaşlı rusiyalı Dmitri Muserski karyerasını bitirir.

Aut.az xəbər verir ki,  2012-ci il London Olimpiadasının çempionu karyerasına 2025/2026 mövsümünün sonunda başa vuracaq. O, yapon azarkeşlərə müraciət edib:

“Son səkkiz ildə davamlı dəstəyinizə görə sizə minnətdaram. Bu mövsümün sonunda təqaüdə çıxmaq qərarına gəldim.

Amma bu mövsüm hələ bitməyib. Çempionluq uğrunda var gücümüzlə mübarizə aparacağıq”, – deyə “Nikkan Sports” Muserskidən sitat gətirib.

Muserski 2018-ci ildən bəri Yaponiya komandasında oynayır. Komandanın tərkibində 4 dəfə çempionluğu (2021, 2022, 2024, 2025) qazanıb.

Aut.az