Ulduz futbolçu MLS yolunda
“Tottenhem”in hücumçusu və kapitanı Son Hın-Min karyerasını ABŞ-da davam etdirə bilər.
Aut.az xəbər verir ki, onun MLS təmsilçisi “Los-Anceles” klubuna keçidi gündəmdədir. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Hazırda danışıqlar ilkin mərhələdədir. Yaxın vaxtlarda Sonun “Tottenhem”in baş məşqçisi Tomas Frankla da gələcəyi ilə bağlı görüş keçirəcəyi gözlənilir.
Cənubi koreyalı futbolçunun London klubu ilə mövcud müqaviləsi 2026-ci ilin yayına qədər qüvvədədir. O, bu yay azad agent kimi klubu tərk edə bilərdi, lakin klub müqavilənin birillik uzadılması opsiyasını işə salıb.
Son Hın-Min 2024/25 mövsümündə “Tottenhem”in heyətində bütün turnirlərdə 46 oyuna çıxaraq 11 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Aut.az
