Boks

İngiltərədə Usiki təqaüdə çıxmağa çağırdılar: Burada nə işi var?

Nüfuzlu britaniyalı promouter Eddi Hirn ukraynalı boksçu, ağır çəkidə mütləq dünya çempionu Aleksandr Usikin gələcəyi haqda danışıb.

Keçən həftə Usik beşinci raundda britaniyalı Daniel Dyubuanı nokautla məğlub edərək çempionluq kəmərlərini birləşdirib.

Aut.az xəbər verir ki, Hrin bu barədə “The Ring”ə müsahibəsində deyib.

“Onun burada başqa nə işi var? O, təqaüdə çıxmalıdır. Dyubuaya qarşı əla çıxış etdi. Əgər etdiyi işi sevirsə, ona uğurlar, davam etsin. Amma onun burada daha nə işi var? Mən onun məğlub olacağını görmürəm. Usik dünyanın bir nömrəli boksçusudur, şübhəsiz. O, R nəslinin dahisidir”, – Hrin deyib.

Aleksandr Usik peşəkar boksda 24 döyüş keçirib və hamısında qalib gəlib.

Aut.az