Dünya futboluİspaniya

Kristensendən şok etiraf: Yamalı qəsdən vurub

Danimarka millisinin müdafiəçisi Viktor Kristiansen İspaniya yığmasının hücumçusu Lamin Yamala qarşı qəsdən aqressiv oyun oynadığını etiraf edib.

Aut.az xəbər verir ki, bu barədə Danimarka nəşri “Ekstra Bladet” məlumat yayıb.

Nəşrin mənbəsi futbolçudan sitat gətirib: “Əgər “bir az zərər verə biləcək” yaxşı mübarizə aparmaq imkanı varsa, biz bundan istifadə etməliyik.

Danimarkalı müdafiəçinin davranışı “tamamilə qəsdən” idi, çünki o, artıq “matçın əvvəlində Lamin Yamala qarşı sərt hücum etmişdi”, – məlumatda bildirilir.

Xatırladaq ki, “Barselona”nın və İspaniya millisinin 17 yaşlı hücumçusu Lamin Yamal UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunun Danimarka ilə oyununda (1:0) zədələnib.

Aut.az