Azarkeşlər Ronaldoya dəstək oldu, belə reaksiya verdi – FOTO
“Əl-Nəsr” azarkeşləri “Əl-Şəbab” azarkeşlərinə qarşı nalayiq jest etdiyinə görə cəzalanan Ronaldonu dəstəkləyiblər. Forvard bir oyunluq diskvalifikasiya edilib.
Aut.az xəbər verir ki, Ronaldo diskvalifikasiyaya baxmayaraq komandasının “Əl-Həzm”lə oyununu (4:4) stadiondan izləyib.
“Əl-Nasr” azarkeşləri “CR7 – dünyanın ən yaxşı bombardiri” yazılmış dəstək pankartı asıblar. Azarkeşlər Ronaldonun adını da səsləndiriblər.
Portuqal onların bu jestinə biganə qalmayıb və ayağa qalxaraq fanatları salamlayıb.
Xatırladaq ki, portuqaliyalı diskvalifikasiyadan əlavə 2,6 min dollar cərimə də ödəyəcək.
Bu mövsüm Ronaldo “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 29 oyun keçirib, 28 qol vurub və 11 məhsuldar ötürmə edib.


Aut.az
