Pike layihəsini böyüdür: Dünya kuboku keçirəcək
“Barselona”nın və İspaniya milli komandasının sabiq müdafiəçisi Jerar Pike dünya futbolunun əfsanələri arasında Kral Dünya Millətlər Kuboku adlı dünya çempionatının analoqunu keçirməyi planlaşdırdığını açıqlayıb.
Aut.az xəbər verir ki, dünya və Avropa çempionu təqaüdçü və hazırkı futbol ulduzlarından ibarət komandalar arasında şou xarakterli yarışlara keçirir. Belə ki, turnirlərdə İker Kasilyas, Ronaldinyo, Xuan Kapdevila, Çiçarito, Kun Aquero və digər futbolçular iştirak ediblər.
Kral Dünya Millətlər Kubokunun tanıtım videosunda “Real”ln hücumçusu Vinisius Junior və “Barselona”nın vingeri Lamin Yamal yer alıb. Braziliyalı ulduz layihədə iştirak edəcəyini bildirsə də, hansı vəzifədə olduğunu açıqlamayıb.
Aut.az
