Dünya futbolu

Suares öldü

İspaniyalı keçmiş futbolçu Luis Suares vəfat edib.

Aut.az xəbər verir ki, mərhum oyunçu 88 yaşında dünyasını dəyişib.

“Barselona” və “İnter”də çıxış etmiş Suares 1960-cı ildə “qızıl top”u qazanıb. O, bu mükafatı əldə edən yeganə ispan futbolçu idi.

Suares milli ilə 1964-cü ildə Avropa çempionu olub.