Qapıçını hücumda oynatdı, elə bir qol vurdu ki… – VİDEO
“Arbrota”nın baş məşqçisi qapıçı Əli Adamsı hücumçu mövqeyində oynatmağa məcbur olub.
Aut.az xəbər verir ki, Şotlandiya çempionatının aşağı divizionunda “Raith Rovers”lə oyunda ehtiyat qapıçı 56-cı dəqiqədə meydana daxil olmaq məcburiyyətində qalıb.
“Arbrota” sifariş ərizəsinə cəmisi 3 meydan oyunçusu daxil etmişdi. Onların hər üçü ikinci hissənin əvvəlində meydana daxil olmuşdu. Müdafiəçi Aaron Stil zədələnəndə qonaqların baş məşqçisi Cim Makintayr Əlini meydana buraxmaq məcburiyyətində qalır.
“Arbrota” 61-ci dəqiqədə artıq 2-0 geridə idi, lakin Adams 78-ci dəqiqədə Şotlandiya futbol tarixinin ən möhtəşəm qollarından birini vurur.
Aut.az
Oh wow 😱
This is absolutely unbelievable!
Arbroath sub goalie Ali Adams comes off the bench, 2-0 down and does this 😂
— The Modern-Day GK (@themoderndaygk) December 30, 2023
