Murad Musayev şakərindən qalmır: Hakimlərdən narazılıq etdi
“Krasnodar”ın baş məşqçisi Murad Musayev RPL-in 26-cı turunun “Krılia Sovetov”la oyunu (0:0) haqda danışıb.
Aut.az xəbər verir ki, çempionluq mübarizəsində vacib xal itirdikləri oyundan sonra Musayev hakimlərdən yekun vurub.
“Hər iki tərəf parlaq oyun göstərdi. Keyfiyyətli sıx oyun. Həm bizim, həm də onların şansları var idi. Təəssüf ki, penaltidən sonra təşəbbüs rəqibə keçdi, onların bir-iki şansı oldu – ştanq, tir. Uşaqlar düzgün münasibət göstərdilər, xarakter göstərdilər və döyüşdülər. Heç kimə qarşı şikayət yoxdur. Amma hakimin qərarlarından narazı qaldım. Mən başa düşmürəm ki, qol niyə sayılmadı. Problemin nə olduğunu başa düşmürəm”., – Musayev bildirib.
Qeyd edək ki, “Sabah”ın sabiq baş məşqçisi Azərbaycanda da daim hakimlərdən narazılıq edirdi. Komandası qalib gələndə də, məğlub olanda da.
Aut.az
