Dünya futbolu

Azarkeşin atdığı daş futbolçunun başına dəydi, ara qarışdı – VİDEO

Aprelin 5-də Argentinanın “Rosario Sentral” və Uruqvayın  “Penyarol” komandaları arasında Libertadores Kubokunun qrup mərhələsinin final fitindən sonra insident baş verib.

Aut.az AS nəşrinə istinadən xəbər verir ki, Argentinada keçirilən oyunun sonunda Uruqvay klubunun müdafiəçisi Maksimiliano Olivera tribunadan daş atılması nəticəsində xəsarət alıb.

Daş oyunçunun başına dəyib, az qala sol gözünü zədələyib. Kadrlarda Oliveyranın əvvəlcə qazonda uzandığı, sonra isə ayağa qalxaraq “Rosario Sentral” azarkeşləri ilə haqq-hesab çəkməyə çalışdığı əks olunub. Bu zaman komanda yoldaşları onu saxlayıblar.

Aut.az