Yarmolenkodan Ardanın “Dinamo” haqda dediklərinə reaksiya
Kiyev “Dinamo”sunun cinah oyunçusu Andrey Yarmolenko “Şaxtyor”un yeni baş məşqçisi Arda Turanın paytaxt klubu ilə bağlı sözlərinə münasibət bildirib.
Aut.az xəbər verir ki, Yarmolenko bu sözlərin onda yalnız bir emosiya yaratdığını etiraf edib.
Futbolçunun sözlərini “Dinamo Mania” sitat gətirib.
“Bu sözlər hansı emosiyaları doğurdu? Yalnız bir emosiya: bu sözlər deyir ki, biz düzgün istiqamətdə gedirik. Çünki “Şaxtyor”a yeni baş məşqçi gəlir və onun ilk işi “Dinamo” haqda danışmaq olur”, – Yarmolenko deyib.
Arda Turan bildirmişdi ki, “Dinamo”nun bir daha Ukrayna çempionu olmaması üçün hər şeyi edəcək.
Aut.az
