O davanın məsuliyyətini üzərinə götürdü: 5 saniyə ərzində özümü itirdim
Dördqat NBA çempionu, “Qolden Steyt Uorriorz”un hücumçusu Dreymond Qrin 2022/2023 mövsümünün startından əvvəl keçmiş komanda yoldaşı və hazırda “Nyu-Orlean Pelikans”ın üzvü Cordan Pule davasından danışıb.
Aut.az xəbər verir ki, Qrin həmin davanın məsuliyyətini üzərinə götürüb.
“Mən bu yaşımda hələ də vacib həyat dərsləri alıram. O hadisə baş verəndə “əla, davam edək” deyə düşündüm. Bir anlıq fikirləşdim ki, bu adam heç mənim kimi deyil. Adətən kiminləsə qarşıdurma yarananda, sadəcə irəli gedirəm.
Bu vəziyyət mənə çox şey öyrətdi. Başa düşdüm ki, hamı mənim kimi deyil. Cordan mənim gəldiyim yerdən deyil. Və onun yolu mənimkindən fərqlidir.
O beş saniyə ərzində özümü unutdum. Mən hələ öyrənirəm. Bu kimi dərslər məni bugünkü kimi edib. Bunu başa düşmək həyatımı dəyişdi”, – “Sporting News” Qrindən sitat gətirib.
Aut.az
