Görün Runi özünə harada iş tapdı
39 yaşlı Ueyn Runi dekabrda “Plimut”dan qovulduqdan sonra iş tapıb.
Aut.az xəbər verir ki, “Mançester Yunayted”in keçmiş oyunçusu qışın sonuna qədər Dubayda “Football Escapes” proqramı çərçivəsində çalışacaq.
“Football Escapes” müştərilərinə uşaqlara futbol öyrətmək imkanı təklif edən otellərlə əməkdaşlıq edir.
Ueyn Runi “Jumeirah Beach Hotel”də uşaqlarla işləyəcək.
“The Sun” qəzetinin yazdığına görə, bu proqramla oteldə beş gecə qalmaq 7500-8650 funt sterlinq arasındadır.
Aut.az
