İngiltərə

“Domino’s Pizza” Ten Haqı belə ələ saldı – FOTO

“Mançester Yunayted”in 54 yaşlı baş məşqçisi Erik ten Haq sosial şəbəkələrdə lağ hədəfinə çevrilib.

Aut.az xəbər verir ki, məşhur pizzacılar şəbəkəsi “Domino’s Pizza” Mançesterdə bir işin reklamını əks etdirən fotoşəkil yayımlayıb, lakin bunu çox orijinal şəkildə edib.

“Biz işə götürürük. Səni yox, Erik”, –  “Old Trafford” ilə üzbəüz dayanmış avtomobilin pankartında təsvir olunub.

Erik ten Haq son həftələrdə “qırmızı şeytanlar”ın həm liqada, həm də Avropa yarışlarında zəif nəticələrinə görə təzyiq altındadır.

“Domino's Pizza” Ten Haqı belə ələ saldı – FOTO

Aut.az