“Vest Hem” yeni baş məşqçini rəsmən açıqladı
“Vest Hem”in yeni baş məşqçisi ispan Xulen Lopeteqi təyin olunub.
Aut.az xəbər verir ki, bu barədə ingilis klubunun mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Mayın əvvəlində “Vest Hem” 2019-cu ilin dekabrından komandanın baş məşqçisi olan Devid Moyesin mövsümünün sonunda klubu tərk edəcəyini açıqlamışdı.
Lopeteqinin son klubu 2023-cü ildə tərk etdiyi “Vulverhempton” olub.
Aut.az
