Haaland topu onun başına vurdu: Cəza olmayacaq – VİDEO
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland “Arsenal”la oyunda (2:2) qalmaqala səbəb olub.
Aut.az xəbər verir ki, komandası hesabı bərabərləşdirdikdən sonra norveçli hücumçu topu götürərək arxası ona tərəf olan rəqib müdafiəçi Qabrielin başına vurub.
Bildirilir ki, Haaland bu hərəkətinə görə cəza almayacaq, çünki VAR hakimi matçın bitməsinə az qalmış an görüb və heç bir kobud oyun olmadığına qərar verib.
Bundan sonra Futbol Assosiasiyası hakimin qərarını nəzərdən keçirə bilməz.
Aut.az
https://www.youtube.com/watch?v=CP1M_FuFNRQ&t=60s
