İngiltərə

Öz rekordunu yenilədi

“Fulhem”in hücumçusu Raul Ximenes İngiltərə Premyer Liqasının 27-ci turunun “Sunderland” ilə səfər matçında (3:1) dubla imza atıb.

Aut.az xəbər verir ki, onun iki qolundan biri penalti zərbəsindən gəlib. “Opta”nın məlumatına görə, 34 yaşlı meksikalı Premyer Liqanın tarixində penaltiləri 100% dəqiqliklə yerinə yetirən oyunçu kimi rekord sahibidir. Onun 13 11 metrlik cərimə zərbəsinin hamısı dəqiq olub.

Ximenez 12 fərqli qapıçıya qarşı qol vurub. Fevral ayının əvvəlində o, Yaya Turenin 11/11 penalti göstəricisi rekordunu geridə qoyub.

2025/26 mövsümündə Ximenez 32 oyunda 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

Aut.az